Türkiyədə zəlzələ olub

11.10.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Mərmərə dənizinin Yalova sahillərində 3,5 bal gücündə zəlzələ baş verib. İstanbul və ətraf vilayətlərdə də hiss olunan təkanlar qısamüddətli təşvişə səbəb olub.

Milli.Az xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, episentri Yalova sahilləri olan yeraltı təkanlar saat 22:08-də qeydə alınıb. Zəlzələnin dərinliyi 7,96 kilometr təşkil edib.

Yalova açıqlarında meydana gələn zəlzələ İstanbul başda olmaqla ətraf regionlarda da aydın hiss olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью