Türkiyədə zəlzələdə xəsarət alanların sayı: 240 nəfər

23.04.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Türkiyənin İstanbul şəhəri və ətraf rayonlarında baş verən zəlzələ nəticəsində 240-a yaxın şəxs xəsarət alıb.

"Bakupost" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu açıqlama verib.

“Zəlzələ nəticəsində ümumilikdə 236 vətəndaşımız xəsarət alıb. Əsasən insanlar təşviş içində evlərindən çölə çıxan zamanı xəsarət alıblar. Onlardan 173-ü birbaşa İstanbuldadır”, - deyə nazir bildirib.


Aygün, Bakupost.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью