525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Diyərbakır şəhərində zəncirvari qəza baş verib.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, axşam saatlarında Diyərbakır-Elazığ yolunda Cip, betonqarışdıran maşın və servis xidməti göstərən mikroavtobusun iştirakı ilə baş verən qəzada 11 nəfər xəsarət alıb.
Hadisə yerinə dərhal təcili yardım və polis qrupları cəlb edilib. İlkin tibbi yardımdan sonra yaralılar müalicə olunmaq üçün ətraf xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
İbrahim Cəfərov