Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Çanaqqala şəhərində zəncirvari qəza baş verib.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
"Truva Turizm" şirkətinə aid olan sərnişin avtobusu odunlarla dolu yük maşını və minik avtomobil toqquşub.
İlkin məlumata görə, Çanaqqala-Ezine şosesində yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən qəzada altı nəfər həyatını itirib. Çox sayda yaralı var.
Yaralılar xəstəxanalara çatdırılıblar.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.