Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən məşhur şəxslərə qarşı aparılan narkotiklərlə bağlı istintaq davam edir. Bu dəfə sosial media fenomenləri Mükremin Gezgin və Arya Bektaş saxlanılıblar.
BAKU.WS xəbər verir ki, əvvəl saxlanılaraq həbs edilən fenomen Mika Raundan sonra, Arya Bektaş və Mükremin Gezgin də nəzarətə götürülüb.
Onların hüquq-mühafizə orqanlarındakı prosedurlarının davam etdiyi bildirilir.
İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində saxlanılan Barış Murat Yağcı isə sərbəst buraxılıb. Məhkəmə-Tibbi Ekspertizada Barışdan saç və qan nümunələri götürülüb. Daha sonra sərbəst buraxılıb.
Qeyd edək ki, o iştirak etdiyi "Survivor" yarışmasından qayıdarkən İstanbul Hava Limanında saxlanılmışdı.