Türkiyədəki Azərbaycan məktəbində uşaqlara ŞİDDƏT: çubuqla döydü VİDEO

23.06.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Türkiyədəki Azərbaycan məktəbində uşaqların şiddətə məruz qaldığı ilə bağlı görüntülər yayılıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə İstanbulun Bayrampaşa bölgəsində fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbdə qeydə alınıb.

Görüntülərdə Azərbaycan dilində danışan qadının uşaqlara çubuqla vurduğu görülür. Bildirilir ki, hadisə bir qədər əvvəl baş versə də, görüntülər yeni yayıldığı üçün həmin əməkdaş məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью