Türkiyədəki azərbaycanlı həkimlərin problemi HƏLL EDİLDİ

30.07.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bəzi millət vəkilləri həkimləri nahar süfrəsində qəbul edərək mövzunu daha geniş müzakirə etdilər. 

Bu görüşlərdə səsləndirilən fikirlər yalnız bir qrupun deyil, Türkiyədə çalışan bütün xarici həkimlərin ortaq narahatlığını əks etdirirdi”. İ. Nəbioğlu qeyd edib ki, nəhayət ki, sevindirici xəbər gəli: 

“Parlament komissiyasından keçməsinə baxmayaraq, məsələ Türkiyə Böyük Millət Məclisində yenidən dəyərləndirildi və əcnəbi tibb ixtisası tələbələrinə aid mübahisəli maddə torba qanun layihəsindən tamamilə çıxarıldı. Bu qərar minlərlə həkim və onların ailələri üçün böyük sevinc və rahatlıq yaratdı. 

Bu münasibətlə Türkiyədə çalışan bütün əcnəbi həkimləri və onların yaxınlarını ürəkdən təbrik edir, gözaydınlığı verirəm. Bir problemi həll etmək üçün ən vacib addımlardan biri insanı dinləməkdir. 

Bu proses göstərdi ki, qarşılıqlı dialoq və anlayış sayəsində ən çətin görünən məsələlər belə yenidən dəyərləndirilə və ədalətli nəticəyə gətirib çıxara bilər”. 

Xatırladaq ki, Türkiyədə xarici vətəndaş rezident həkimlərin əlavə ödəniş hüququnun məhdudlaşdırılması ilə bağlı qanun layihəsi daha əvvəl geniş müzakirə olunmuş və narazılıqlaarşılanmışdı. 

Həkimlər “Cebheinfo.az”-ya bildirmişdilər ki, qanun qəbul olunarsa, onların maaşı kifayət qədər azalacaq və Türkiyəni tərk etmək məcburiyyətində qalacaqlar. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью