Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

05.10.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ankara, 5 oktyabr, AZƏRTAC

Türkiyənin Burdur Muzeyindən götürülmüş Roma dövrünə aid 18 əsər Kopenhagendə keçirilən beynəlxalq sərgiyə göndərilib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, moda ilə Roma dövrünün statusu və güc strukturu arasındakı əlaqəni araşdıran sərgidə dünyanın aparıcı muzeylərindən seçilmiş əsərlərlə yanaşı, həmçinin Anadolu mədəni irsi də nümayiş etdirilir.

Kopenhagendəki “Ny Carlsberg Glyptotek” Muzeyində keçirilən “Roma imperiyasında modanın gücü” adlı sərgi 2027-ci il martın 29-na qədər davam edəcək. Sərgi müddəti ərzində təhsil proqramları, turlar, konfranslar, fənlərarası tədbirlər və model agentlikləri və nəşriyyatlarla tədbirlər planlaşdırılır.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib: “Tarix və incəsənət həvəskarlarını Anadolunun zəngin tarixi ilə tanış etməkdən məmnunuq. Bu sərginin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür etmək istəyirəm”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью