“Türkiyədəki S 400 sistemlərinin köçürülməsi gündəmdədir” Peskov

30.09.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“Rusiyanın S-400 raket sistemlərinin Türkiyədən dost ölkələrdən birinə köçürülməsi məsələsi gündəmdədir”.

525.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

“Bu məsələ gündəmdədir, müvafiq iş aparılır və təmaslar həyata keçirilir”, –o, bildirib.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya S-400 zenit-raket komplekslərinin Türkiyədən üçüncü bir dost ölkəyə köçürülməsi imkanını istisna etmir. Lakin onun sözlərinə görə, hələlik bununla bağlı heç bir müraciət daxil olmayıb.

Nazir, həmçinin qeyd edib ki, belə bir ötürülmə Rusiyanın razılığı olmadan mümkün deyil.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью