Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi

24.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın Türkiyədəki səfirliyi Bolu vilayətindəki yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar elan olunmuş matəm çərçivəsində bayraqları yarıya qədər endirib.

Axar.az xəbər verir ki, bu barədə səfir Rəşad Məmmədov X hesabında yazıb.

"Qardaş Türkiyə ilə həmrəylik əlaməti olaraq Bolunun Qartalqaya xizək kurortundakı hoteldə baş verən yanğında insanların həlak olması ilə əlaqədar elan edilmiş birgünlük milli matəm çərçivəsində bayraqlarımızı yarıya qədər endirdik. Bu faciədə həlak olanların yaxınlarına və bütün türk xalqına bir daha başsağlığı veririk. Allah rəhmət eləsin", - paylaşımda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью