Türkiyədəki yanğına görə onlar da saxlanıldı | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı daha iki nəfər saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülener və Xilasetmə Müdirinin müavini Kenan Coşkunun da saxlanıldığı bildirilir.
Bundan əvvəl 9 nəfərin saxlanıldığı məlum idi. Xatırladaq ki, yanğın nəticəsində 76 nəfər həlak olub.
Hadisə ilə bağlı bu gün Türkiyədə matəm elan edilib. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu