Türkiyədən 2 dəqiqəyə 2 qol...

24.03.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə milli komandası UEFA Millətlər Liqasında A Liqasına vəsiqə qazanıb.

Axar.az xəbər verir ki, "ay-ulduzlular" keçid mərhələsində Macarıstana cavab görüşündə də qalib gəlib - 3:0.

Qolları 37-ci dəqiqədə penaltidən Hakan Çalhanoğlu, 39-cu dəqiqədə Arda Güler və 90-cı dəqiqədə Abdulkerim Bardakcı vurub.

Vinçentso Montellonun baş məşqçi olduğu kollektiv ilk görüşdə də 3:1 hesablı qələbə qazandığı üçün iki matçın nəticəsində mərhələ adlayıb.

Qeyd edək ki, Türkiyə millisi B Liqasında 4-cü qrupda 2-ci, Macarıstan isə A Liqasında 3-cü qrupda 3-cü yeri tutmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью