Türkiyədən 7 ayda 113 milyon barel BTC nefti nəql olunub

19.08.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Bu ilin yanvar-iyul aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 112,781 milyon barel neft nəql edilib.

Bu barədə Bakıvaxtı.az Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin ilk 7 ayı ilə müqayisədə 9,975 milyon barel və ya 8,1 % azdır.

Təkcə iyul ayında isə bu kəmər vasitəsilə 15,847 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin iyul ayı ilə müqayisədə 1,101 milyon barel və ya 6,5 % azdır.

Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью