Türkiyədən ACI XƏBƏR: 5 hərbçi həlak oldu, 1i generaldır

09.12.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspartanın Keçiborlu rayon mərkəzində hərbi helikopter qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə İsparta valisi Abdullah Emin açıqlama verib.

Məlumata görə, Ordu Aviasiya Məktəbinə məxsus hərbi helikopter yanacaqdoldurma məntəqəsinin yanında qəzaya uğrayıb. Hadisə nəticəsində 5 nəfər həlak olub.

Qəzada həlak olanlar arasında İsparta Aviasiya Məktəbinin komandiri, briqada generalı İsa Baydillinin də olduğu məlum olub.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) hadisə ilə bağlı açıqlama yayıb: "İspartada təlim uçuşu həyata keçirən UH-1 tipli helikopterimizdən biri qəza nəticəsində sıradan çıxıb; 5 hərbçi şəhid olub. Hadisə nəticəsində 1 nəfər ağır yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb və müalicəsinə başlanılıb. Şəhidlərimizə Allah rəhmət eləsin".

Roza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью