Türkiyədən acı xəbər: Sursat zavodu partladı

24.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Türkiyənin Balıkəsir vilayətinin Kavaklı kəndində sursat və partlayıcı maddələrin istehsal edildiyi zavodda partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, Balıkəsir valisi İsmayıl Ustaoğlu partlayış nəticəsində 12 nəfərin öldüyü, 3 nəfərin yaralandığı barədə məlumat verib.

Zavodun kapsul istehsalı bölməsində baş verən partlayışdan sonra bina çöküb.

Yanğınla əlaqədar əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib. Komandaların araşdırması davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью