Türkiyədən Almaniya terroruna reaksiya: Şiddətlə qınayırıq!

21.12.2024

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xarici İşlər Nazirliyi Almaniyanın Maqdeburq şəhərində baş verən hücumla bağlı yazılı açıqlama yayıb.

Turkustan.az xəbər verir ki, açıqlamada Maqdeburq şəhərində Milad bazarında baş verən və ilkin təsbitlərə görə qəsdən törədilmiş hücumdan Türkiyənin çox kədərləndiyi qeyd edilib.
Həyatını itirənlərin yaxınlarına başsağlığı və yaralılara tezliklə şəfa diləyən açıqlamada, “Ümid edirik ki, şiddətlə qınadığımız bu hücumun səbəbi ən qısa zamanda aydınlaşdırılacaq və mümkün günahkarlar ədalət qarşısında cavab verəcəklər. Bu ağrılı gündə Almaniyanın yanında olduğumuzu vurğulayırıq”, ifadələrdən istifadə olunub.

Bildirək ki, Almaniyanın Maqdeburq şəhərində Milad bazarında bir nəfərin avtomobili izdihamın üzərinə sürməsi nəticəsində 11 nəfər ölüb, 70-dan çox adam yaralanıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью