Türkiyədən Azərbaycana gətirilən nektarin tingində virus aşkarlandı

29.07.2026

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Türkiyədən Azərbaycana gətirilən nektarin tingində virus aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentliyin müfəttişləri nəzarət tədbirləri çərçivəsində ”Aqro-Mədrəsə” ASC-nin Türkiyədən idxal etdiyi 12 500 ədəd nektarin tingindən laborator müayinələrin aparılması üçün nümunələr götürüb.
Laboratoriyanın nəticələrində tinglərdə karantin tətbiq edilən Gavalının cibcibə virusu (Şarka) aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası sahibkarın müraciətinə əsasən məhv edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью