Türkiyədən Azərbaycana sement idxalı azalıb

07.08.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Türkiyədən sement, şüşə, keramika və torpaq məmulatlarının idxalını cüzi azaldıb.

“Yeni Sabah” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu ilin ilk 7 ayı ərzində Türkiyədən Azərbaycana sözügedən məhsullar üzrə 24,846 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. Göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2% aşağıdır.

İyul ayında isə Türkiyənin Azərbaycana bu kateqoriyadan məhsul ixracının dəyəri 3,41 milyon ABŞ dolları olub. Aylıq göstərici əvvəlki ilin iyul ayı ilə müqayisədə 16,3% artıb. Dominos pizza

Hesabat dövründə Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları üzrə ümumi ixracı 2 milyard 652,368 milyon ABŞ dollarına çatıb. Bu, illik müqayisədə 1,8% artım deməkdir.

İyul ayında isə Türkiyənin həmin məhsullar üzrə ixracı 424,802 milyon ABŞ dolları təşkil edib və illik ifadədə 0,6% azalıb.

Yanvar-iyul aylarında Türkiyədən bu məhsulları ən çox idxal edən ölkələr ABŞ, İtaliya və Almaniya olub. ABŞ-ın idxalı 434,805 milyon dollar, İtaliyanın 185,064 milyon dollar, Almaniyanın isə 142,76 milyon dollar təşkil edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью