Türkiyədən Bakıya köçən jurnalist TV də işə başladı

07.02.2025

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

15 il öncə Türkiyə vətəndaşı ilə ailə quraraq Ankaraya köçmüş tanınmış jurnalist İlhamə Qasımlı bu günlərədə Vətənə qayıdıb.
Modern.az-ın məlumatına görə, İ.Qasımlı ailə üzvləri - həyat yoldaşı və oğlu ilə birgə Bakıya daimi yaşamaq üçün köçüb.
Yenidən Bakıda olmaqdan məmnuluq hissi keçirdiyini vurğulayan xanım jurnalist artıq yeni işə də başlayıb. Belə ki, o, bundan sonra APA TV-də redaktor olaraq fəaliyyət göstərəcək.

İlhamə Qasımlı daha əvəllər “7 gün”, “Hürriyyət”, “525-ci qəzet”də çalışıb, BBC Azərbaycanca ilə əməkdaşlıq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью