Türkiyədən Dəməşqə yollar görünür... 13 il sonra ilk

16.01.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

“Türk Hava Yolları” (THY) aviaşirkəti Türkiyə ilə Suriyanın paytaxtı Dəməşq arasında 13 il əvvəl kəsilən hava əlaqəsini bərpa edəcək.

Avtosfer.az xəbər verir ki, bu barədə aviaşirkətin baş direktoru Bilal Ekşi “X” hesabında yazıb.

Onun sözlərinə görə, “Turkish Airlines” Dəməşqə həftədə üç uçuş həyata keçirəcək. İlk uçuş yanvarın 23-də baş tutacaq.

Xatırladaq ki, Türkiyə ilə Suriya arasında uçuşlar 2012-ci ildə dayandırılıb. Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşq hava limanı yanvarın 7-də fəaliyyətini bərpa edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью