Türkiyədən ən çox bu ölkə vətəndaşları mənzil alır

16.12.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə xarici vətəndaşlara mənzil satışı noyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 9,7% azalaraq, 1 943 əmlak təşkil edib. Xarici vətəndaşlara mənzil satışında İstanbul 728 mənzillə liderlik edir, Antalya 662 mənzillə ikinci, Mersin isə 157 mənzillə üçüncü yerdədir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu məlumat yayıb.

“Mənzillərin əksəriyyəti Rusiya vətəndaşlarına satılıb. Noyabr ayında ruslar Türkiyədə 310 mənzil alıblar. İkinci yerdə 159 mənzillə Ukrayna vətəndaşları, üçüncü yerdə 151 mənzillə Almaniya vətəndaşları gəlir”, - məlumatda deyilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью