Türkiyədən erkən qol Canlı Yenilənir

01.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası bu gün yoxlama oyunu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, “ay-ulduzlular”ın rəqibi Şimali Makedoniya komandası olacaq. 

İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda isə iyunun 7-də Venesuela millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.

***

Matç başladı.

***

Türkiyə hesabı açır. Orkun Kökçü 2-ci dəqiqədə fərqlənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью