Türkiyədən ermənipərəst jurnalistə QADAĞA | Icma.az
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kanadalı jurnalist Neil Hauerin Türkiyəyə girişinə qadağa qoyulub.Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.İrəvandan İstanbul Sabiha Gökçen hava limanına turizm məqsədilə gəldiyini deyən Hauer lakin pasport nəzarətində saxlanıldığğını qeyd edib.
Ona adının qara siyahıda olduğu bildirilib.16 saat gözlədikdən sonra jurnalist yenidən Ermənistana deportasiya edilib.Hauer əvvəllər Türkiyəyə bir neçə dəfə, ən son isə 2022-ci ilin yayında səfər etdiyini yazaraq, heç vaxt belə bir problem yaranmadığnı vurğulayıb.O, qadağanın Azərbaycanı tənqid etməsi və Qarabağ hadisələri ilə bağlı nəşrləri, erməni tərəfini fəal şəkildə dəstəkləməsi ilə bağlı ola biləcəyini ehtimal edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu