Türkiyədən Ermənistan üçün xoşagəlməz xəbər

12.11.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Ankara Ermənistanla sərhəd-keçid məntəqələrini açmağa hazırdır. Lakin bunun üçün ilk növbədə İrəvan və Bakı arasında razılaşma əldə olunmalıdır.
Bizim.Media xəbər verir ki, Uraloğlu bu barədə ötən gün Antalyada keçirilən COP31 iqlim konfransı çərçivəsində, o cümlədən azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Biz həm dəmir yolu sərhəd-keçid məntəqəsinin, həm də Alican avtomobil keçid məntəqəsinin açılması üçün lazımi hazırlıqları görmüşük. Ermənistan və Azərbaycan arasında tam razılığın əldə olunmasını gözləyirik”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Ermənistan Türkiyənin qonşusudur və Ankara İrəvanla Bakı arasında razılaşmanın əldə olunmasına böyük əhəmiyyət verir.
“Belə bir razılaşma əldə edildikdə, biz də sərhədləri açacağıq. Mən də Ermənistanın naziri ilə danışıqlar aparıram. Həm dəmir yolu keçidinin, həm də Alican avtomobil keçid məntəqəsinin açılması üçün lazımi hazırlıqları görmüşük. Azərbaycanın narahatlıqlarını da nəzərə alaraq, qarşılıqlı razılıq əldə edildikdən sonra sərhəd-keçid məntəqələrini açacağıq. Bunun çox uzanacağını düşünmürəm. Bu, yaxın vaxtlarda baş verəcək”, – deyə Uraloğlu qeyd edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью