Türkiyədən Ermənistana cəmi 106 min dollar... | Icma.az
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin bu ilin yanvar-mart aylarında qonşu ölkələrə (Bolqarıstan, Ermənistan, Gürcüstan, İraq, İran, Suriya və Yunanıstan) ixracının həcmi 6 milyard 243 milyon 71 min dollar təşkil edib.
“Cebheinfo.az” xəbər verir ki, Türkiyə mətbuatının Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisinin məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında bu qonşu ölkələrə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artıb.
Türkiyə mallarının Ermənistana ixracı 106 min dollar təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,4% azdır.
Ötən ilin birinci rübündə bu rəqəm 124 min dollar olub. Xəzər “Cebheinfo.az” Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izlə
Tam oxu
Xəbəri oxu