Türkiyədən Ermənistana pul axını 13 il əvvəl necə başladı?

13.10.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Türkiyə şirkətləri hələ 2012-2013-cü illərdən Ermənistanda invesitiya yatırımları edirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

Nazir bu sərmayələri alqışladığını və ölkəsinin də eyni addımı atacağını söyləyib:

“Qonşular arasında istənilən sülh maliyyə sərmayələri ilə gücləndirilməlidir. Bu, regionda sabitliyi təmin edir. Əminəm ki, sərhədlər açıldıqdan sonra Türkiyədən Ermənistana sərmayələr artacaq və biz də orada eyni addımları atacağıq. Əks təqdirdə, son 30 ildə içində olduğumuz vəziyyət davam edəcək”.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью