Türkiyədən Ermənistana ŞƏRT: Münasibətlərin normallaşması yalnız bu halda mümkündür

07.12.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması yalnız Ermənistan və Azərbaycan arasında sabit sülh əldə olunarsa mümkündür”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.
Fuat Oktay Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsas şərtini açıqlayıb. O qeyd edib ki, bu sülh üçüncü ölkələrin müdaxiləsi olmadan da əldə edilə bilər:
“Biz ən qısa zamanda sülhə nail olacağımıza ümid edirik. Biz Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq, lakin Ermənistan Azərbaycanla sabit sülhə nail olmalıdır”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью