Türkiyədən Ermənistana xüsusi yük reysləri açılıb

16.11.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Türkiyənin “Turkish Airlines” aviaşirkətinin bölməsi olan “Turkish Cargo” İstanbul-İrəvan-İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirib.

“Bakupost” xəbər verir ki, bu barədə məlumatı Türkiyədə aviasiya sahəsi üzrə fəaliyyət göstərən “Aeroportist” portalı yayıb.

Sözügedən reys noyabrın 15-də baş tutub.

Məlumata görə, “Turkish Airlines”ın yükdaşıma xidmətinin xüsusi reysi iki ölkə arasında etibarlı yük daşımalarını təmin etmək məqsədi daşıyır.

Onu da xatırladaq ki, “Turkish Airlines” 2026-cı ilin martından İstanbulla İrəvan arasında müntəzəm sərnişin reysləri həyata keçirir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью