Türkiyədən ev alan Azərbaycan vətəndaşlarının sayı azalıb

17.11.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

2026-cı ilin ilk 10 ayında Azərbaycan vətəndaşları Türkiyədə 712 daşınmaz əmlak alıblar. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,6% azdır.

Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin oktyabrında azərbaycanlılar qonşu ölkədən 72 mənzil alıb. Ötən ilin eyni ayı ilə müqayisədə bu 28,7% azalma deməkdir.

Oktyabrda Türkiyədə xarici vətəndaşlara 2259 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,9% çoxdur. Ay ərzində xarici vətəndaşlara satışın ümumi bazarda payı 1,7% təşkil edib.

2026-cı ilin yanvar-oktyabr aylarında isə əcnəbilərə 17 567 mənzil satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azdır.

Ötən ay da Rusiya Federasiyası vətəndaşları Türkiyənin mənzil bazarında aktivliklərini qoruyub saxlayıblar. Ruslar Türkiyədən 477 mənzil alıblar. İran vətəndaşları qonşu ölkədən 193, İraq vətəndaşları isə 159 mənzil alıblar.

Xatırladaq ki, ötən il azərbaycanlılar Türkiyədən 983 mənzil alıb. Eyni zamanda, 2025-ci ildə Türkiyədə erməniəsilli şəxslərə 3 ev satılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью