Türkiyədən göndərilən qrup işə başladı

16.02.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Dəməşq hava limanını təmir edir.

Ölkə.Az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Dəməşq hava limanının yenidən qurulması üçün göndərilən 25 nəfərlik texniki qrupun işə başladığını açıqlayıb.

Onun sözlərinə görə, Suriyada 13 ildir davam edən vətəndaş müharibəsi zamanı zədələnmiş və yararsız hala düşmüş Dəməşq hava limanının bərpası üçün texniki qrup yaradılıb.

Bu işlərin yerinə yetirilməsi üçün 113 nəqliyyat vasitəsi, 6 yük avtomobilində cihaz və sistemlər göndərilib. İşlər hava limanının əməkdaşları ilə birgə aparılır. Yerli hava limanının əməkdaşları da məlumatlandırılır.

Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью