Türkiyədən heç heçə, Portuqaliya və Fransa qələbə qazandı

21.05.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib. Sport24.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün üçüncü matçında Portuqaliya Bolqarıstanla üz-üzə gəlib.

D qrupunun matçı Portuqaliyanın 3:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Macarıstanla heç-heçə edib (1:1), Fransa isə Çada qalib gəlib – 1:0. A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью