Türkiyədən İsrailə qadağa Gəmilərin giriş çıxışına icazə verilməyəcək

21.08.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə İsrail bayraqlı və ya İsrailə məxsus gəmilərin Türkiyəyə girişinə, Türkiyə bayrağı altında üzən gəmilərin isə İsrailə çıxmasına tam qadağa qoyub.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlərə əsasən, İsraillə bağlı yüklərin Türkiyə limanlarında daşınmasına, o cümlədən konteynerlərin daşınmasına da icazə verilməyəcək.

Türkiyə hökuməti gəmi sahiblərindən gəmilərinin İsrailə aidiyyəti olmadığını və İsrailə təyinatlı yük və ya hərbi texnika daşımadıqlarını təsdiq edən məsuliyyət bəyannaməsini imzalamağı tələb etməyə başlayıb.

"AzPoltika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью