Türkiyədən mesaj: YPG də ləğv ediləcək

13.05.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

PKK terror təşkilatının Suriya qanadı YPG də tərksilah edilərək, ləğv olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Türkiyə” qəzeti məlumat yayıb.

“Təşkilatın Suriya qolu YPG ilə bağlı proses Dəməşqlə birlikdə həyata keçiriləcək. Ankara və Dəməşq YPG-nin qeyri-suriyalı üzvlərinin sərhəddən çıxarılması, digərlərinin isə Suriya ordusuna inteqrasiyası və qanuni siyasi partiya qurmalarının tərəfdarıdır. Bundan başqa Suriyanın şimalında heç bir muxtar və ya ayrı-ayrı silahlı quruluşa icazə verilməyəcək.

Bundan əlavə, həm İraq, həm də Suriyada yeni prosesə etiraz edənlərin təşkilatdan ayrılaraq fərqli yeni silahlı qruplara keçmələri halında Türkiyə uzun müddət bölgədə qalmağa davam edəcək”, - məlumatda deyilir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) nəşrə bildirilib:

“Bu mərhələdən sonra mühüm olan bu qərarların yerlərdə necə həyata keçiriləcəyi ilə bağlıdır. PKK-nın tərksilah edilməsindən sonrakı prosesin irəliləməsi zaman alacaq. Dərhal nəticələr gözləmək lazım deyil”.

Xatırladaq ki, PKK dünən bəyanat yayaraq, təşkilatın ləğv edildiyini açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью