Türkiyədən Moskvaya uçan üç təyyarə geri dönüb

13.10.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Vnukovo hava limanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Türkiyədən Moskvaya uçan üç sərnişin təyyarəsi Litva üzərindən dönərək geri qayıtmağa başlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə hava nəqliyyatının idarə olunması xidməti məlumat verib.
Bildirilib ki, İzmir, Antalya və İstanbuldan Moskvanın Vnukovo hava limanına uçan reyslər Litva hava məkanında geri dönüb. Təyyarələrin İstanbulun Sabiha Gökçen beynəlxalq hava limanına enişi gözlənilir.
Daha əvvəl Federal Hava Nəqliyyatı Agentliyi uçuş təhlükəsizliyini təmin etmək üçün Moskvanın Vnukovo hava limanında təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini bildirmişdi.
Anar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью