Türkiyədən polad idxalı artıb

05.09.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin 8 ayında (yanvar-avqust) Azərbaycan Türkiyədən 89.378 milyon dollar dəyərində polad məhsulları alıb.

“Yeni Sabah” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.2%-lik kəskin artım deməkdir. Təkcə avqust ayının nəticələrinə nəzər saldıqda isə qardaş ölkədən ölkəmizə 9.827 milyon dollarlıq polad gətirilib ki, bu da illik müqayisədə 5.5% azalma göstərir.

Eyni dövrdə Türkiyədən ən çox polad tədarük edən ölkələr sırasına 865.51 milyon dollarla (4.3% azalma) Rumıniya, 715.419 milyon dollarla (2% azalma) İtaliya və 667.897 milyon dollarla (73.1% artım) Böyük Britaniya başçılıq edib. Sezar pizza

Ümumilikdə isə hesabat dövründə Türkiyənin polad ixracı gəlirləri 2.8% artaraq 11 milyard 271 milyon dollara, yalnız avqust ayında isə 12.2% artaraq 1 milyard 531 milyon dollara yüksəlib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью