Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Külli miqdarda dələduzluq və qaçaqmalçılıqda təqsirləndirilən Elman Atakişiyevin cinayət işinin məhkəməsi yekunlaşıb.
Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən yekun iclasda prokuror təqsirləndirilənin 8 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm oxunaraq Elman Atakişiyev yekun olaraq 6 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxslə qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Elman Atakişiyev İnqilab Babayev, Tural Səmədzadə və adları istintaqla müəyyən edilməyən şəxslərlə cinayət əlaqəsinə girib, İstanbuldan 782 349 manat dəyərində zərgərlik məmulatlarını qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər.
İstintaq onu da müəyyən edib ki, təqsirləndirilən Elman Atakişiyev bundan başqa üç nəfərə qarşı külli miqdarda dələduzluq da edib.