Türkiyədən Qazaxıstan vətandaşları mindən çox daşınmaz əmlak alıb | Icma.az
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2024-cü ilin yanvar-dekabr aylarında Qazaxıstan vətəndaşları Türkiyədə min 55 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 385 obyekt azdır.Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.Məlumata görə, 2024-cü ilin dekabr ayında Qazaxıstan vətəndaşları Türkiyədə 101 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3 obyekt çoxdur.Qeyd edək ki, 2024-cü ilin dekabr ayında Türkiyədə 212 min 637 mənzil satın alınıb ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 53,4 faiz çoxdur.Məlumata görə, 2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədə 1 milyon 478 min 25 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz çoxdur.2024-cü ilin dekabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 418 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 17,2 faiz artıb.2024-cü ilin yanvar – dekabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 23 min 781 mənzil alıblar ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz azdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu