Türkiyədən ŞOK QƏRAR İran ABŞ KONKRET

25.01.2026

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Türkiyə mediasının məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi parlament üzvləri ilə keçirilən görüşdə İran və ABŞ arasında müharibə baş verəcəyi təqdirdə bir neçə fövqəladə ssenarinin nəzərdən keçirilməsini və hazırlanmasını elan edib.

KONRKET.az xəbər verir ki, məlumatlara əsasən, təklif olunan ssenarilərdən biri İran qaçqınlarının böyük bir dalğasının qarşısını almaq məqsədilə Türkiyənin şərq sərhədlərində bufer zonasının yaradılmasıdır.

Məlumatlı mənbələr bildiriblər ki, bu planlar hazırda yalnız ilk baxış, planlaşdırma və hazırlıq mərhələsindədir və bu barədə heç bir icra qərarı və ya rəsmi açıqlama verilmiş deyil.

Həmin təşəbbüslər regional gərginliyin artdığı və İranın qonşu ölkələrinin mümkün genişmiqyaslı münaqişənin humanitar və təhlükəsizlik nəticələrini qiymətləndirdiyi bir dövrdə təklif olunur.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью