Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!

21.03.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin Suriyanın cənubundakı hərbi infrastrukturu hədəf alan hücumunu təhlükəli eskalasiya kimi qiymətləndirir və bunu şiddətlə qınayırıq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) məlumat yayıb.

"Biz beynəlxalq ictimaiyyəti Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən İsrail hücumlarını dayandırmaq üçün məsuliyyətini öz üzərinə götürməyə çağırırıq və bu kontekstdə 1974-cü il Gərginliyin Azaldılması Sazişinin həyata keçirilməsinin vacibliyini vurğulayırıq.

Türkiyə Suriya hökuməti və xalqı ilə həmrəylik nümayiş etdirməyə davam edəcək və bu səylər ölkənin ərazi bütövlüyü, birliyi və suverenliyinə əsaslanaraq Suriyada davamlı sabitlik və təhlükəsizlik yaratmaq səylərinə xidmət edəcək”, - deyə bəyanatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью