Türkiyədən Suriya müxalifətinə məsləhət Bundan sonra...

09.12.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Suriyanın yeni hökumətindən gözləntilərini açıqlayıb.

Teleqraf.com “Anadolu”ya istinadən xəbər verir ki, TBMM-in iclasında çıxışı zamanı
N.Kurtulmuş Suriyada sabitliyin tam təmin olunmasının vacibliyinə toxunub:

“Bunun üçün müxalif qruplar xalqın etimadını qazanmalıdır. Şübhəsiz, Türkiyənin əsas məqsədlərindən biri uzun illərdir ki, ölkəmizdə qonaq etdiyimiz mühacirlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü təmin etməkdir”.

O, həmçinin hakimiyyəti ələ keçirən müxalif qruplara müraciət edərək deyib ki, bundan sonra arxayınlaşaraq düşünülməmiş, sabitliyi poza biləcək addımlardan çəkinmək lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью