Türkiyədən Suriyaya 52 mindən çox qaçqın qayıdıb

09.01.2025

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Hazırda Türkiyədə 2 milyon 880 mindən çox suriyalı qaçqın yaşayır

Bəşər Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən Suriyaya 52 622 suriyalı qaçqın qayıdıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Nazir vurğulayıb ki, hazırda Türkiyədə 2 milyon 880 mindən çox suriyalı qaçqın yaşayır.

Qeyd edək ki, Suriyanı 61 ildən artıq idarə edən Ərəb Sosialist İntibah Partiyası (BƏS) 2024-cü il dekabrın 12-də devrilib. Bundan sonra Türkiyədə yaşayan suriyalı qaçqınlar öz ölkələrinə qayıtmağa başlayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью