Türkiyədən Suriyaya daha bir dəstək

24.12.2024

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyindən nümayəndə heyəti Suriyada elektrik probelminin həlli üçün bu ölkəyə səfər edəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar jurnalistlərə açıqlamasında deyib.

A.Bayraqdar bildirib ki, nümayəndə heyəti Suriyada enerji və elektrik infrastrukturunu araşdırmaq, əməkdaşlıq və yardım məsələlərini müzakirə edəcək:

“Ölkədə əsas problemlərdən biri də elektrikin verilməsi ilə bağlıdır. Bunu təmin etmək üçün formula hazırlanacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью