Türkiyədən Suriyaya gündə nə qədər qaçqın qayıdır?

10.12.2024

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü ildə ayda orta hesabla 11 minə yaxın suriyalı könüllü olaraq təhlükəsiz şəkildə vətəninə geri qayıdırdı. Gün ərzində 300-350 geridönüş var idi. Bu gün isə sıxlıq daha çoxdur. Bu gün günorta saatlarına kimi keçiş 700-ə yaxın olub.

Axar.az xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Əli Yerliqaya jurnalistlərə açıqlamasında deyib.

“Daha əvvəl sərhəd-keçid məntəqəsindən geri qayıdanlar üçün gündəlik limit 3000-ə yaxın idi. Gündə 300-350 nəfərin keçdiyi üçün bu limit kifayət edirdi. Lakin geri qayıdanların sayının artığını nəzərə alaraq, bu limiti 15-20 minə çatdırmışıq”, - nazir qeyd edib.

Ə.Yerliqaya eyni zamanda vurğulayıb ki, yaxın müddətdə Prezident Rəcəb Tayyib Ərdoğan Yayladağı sərhəd-keçid məntəqəsinin açılacağını elan edəcək.

Nazir əlavə edib ki, 2016-cı ildən bu günə kimi 737 min suriyalı vətənlərinə təhlükəsiz şəkildə geri qayıdıb:

“Hazırda Türkiyədə müvəqqəti qoruma altında olan suriyalıların sayı 2 milyon 936 min nəfərdir”.

Qeyd edək ki, bir müddət əvvəl Suriyada müxaliflər paytaxt Dəməşqi ələ keçirərək Bəşər Əsəd rejiminin devrildiyini elan edib. Bundan sonra Türkiyədəki suriyalı qaçqınların vətənlərinə qayıtması sürətlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью