Türkiyədən Suriyaya qayıdanların sayı açıqlanıb

29.01.2025

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu barədə Türkiyənin xarici işlər naziri Əli Yerliqaya Miqrasiya Şurasının 15-ci iclasında çıxışı zamanı məlumat verib. O vurğulayıb ki, 2017-ci ildən indiyədək öz ölkələrinə qayıdan Suriya vətəndaşlarının ümumi sayı isə 821 min 579-dur.
"Suriyanın azadlığa çıxması fonunda vətəndaşlar könüllü, təhlükəsiz, ləyaqətli və müntəzəm surətdə öz evlərinə qayıdırlar", - nazir bildirib.
Xatırladaq ki, dekabrın 8-də Suriyada 24 illik Bəşər Əsəd rejimi müxalif qüvvələr tərəfindən devrilib. Bu ölkədə 2011-ci ildə başlayan vətəndaş müharibə səbəbi ilə bir sıra ətraf ölkəyə, o cümlədən Türkiyəyə məcburi köçən suriyalılar dekabrın 9-dan bəri öz vətənlərinə qayıtmağa başlayıblar.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью