Türkiyədən xəbərdarlıq: “Dərhal dayandırın”

18.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Suriya ərazisi terror təşkilatlarından tamamilə təmizlənməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş azərbaycanlı həmkarı Sahibə Qafarova ilə Ankarada birgə mətbuat konfransında deyib.

“Suriya ərazisini terror təşkilatlarından tamamilə təmizləmək təkcə bizim milli prioritetimiz deyil, həm də azad Suriyanın gələcəyi üçün vacibdir”, - spiker vurğulayıb.

Kurtulmuş Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrail ordusunun Suriyada keçirdiyi əməliyyatlara da toxunub:

“Suriya ərazisinə doğru da genişlənən əməliyyatlarının dərhal dayandırılması və İsrailin bu bölgədəki aqressiv davranışına son qoyulması vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью