Türkiyədən xəbərdarlıq: “Suriyada hərbi əməliyyatlar başlaya bilər” | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Reuters-ə müsahibəsində Ankaranın bir sıra beynəlxalq məsələlərlə bağlı mövqeyini açıqlayıb.
O, Qəzza zolağındakı vəziyyət, Suriya ilə münasibətlər və regiondakı təhlükəsizlik məsələlərinə toxunub.
Globalinfo.az-ın xəbərinə görə, Fidan bildirib ki, ABŞ-ın atəşkəslə bağlı planının irəli aparılmaması beynəlxalq ictimaiyyət üçün “böyük uğursuzluq”dur.
Onun sözlərinə görə, HƏMAS-ın silahsızlaşdırılması üçün etibarlı fələstinli mülki və polis strukturlarının qurulması vacibdir.
Qəzzaya nəzarət HƏMAS-a deyil, ixtisaslaşdırılmış fələstinli komitəyə verilməlidir.
Nazir əlavə edib ki, İsrailin etirazına baxmayaraq Türkiyə beynəlxalq sabitləşdirmə missiyası çərçivəsində öz qüvvələrini Qəzzaya göndərməyə hazırdır.
Nazir həmçinin “Suriya Demokratik Qüvvələri” (SDF) ilə Dəməşq arasında əldə olunmuş razılaşmalara da toxunub.
Tam oxu
Xəbəri oxu