Türkiyədən xeyli sayda uçuş ləğv OLUNDU

10.02.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen hava limanından xeyli sayda uçuş ləğv olunub.

Redaktor.az  xəbər verir ki, buna səbəb kimi gözlənilən əlverişsiz hava şəraiti göstərilib.

Bildirilib ki, fevralın 11-i üçün nəzərdə tutulan uçuşların beş faizi, növbəti gün üçün nəzərdə tutulan uçuşların isə on faizi ləğv edilib.

Səfərlərlə bağlı son durumu öyrənmək üçün sərnişinlərə hava yolu şirkətlərinin internet səhifələrini izləmələri tövsiyə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью