Türkiyədən Yunanıstana gözdağı

17.09.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Türkiyə Silahlı Qüvvələrinin 51-ci Komando Briqadasının Tuncelinin Hozat rayonundan Aydın vilayətinin Söke rayonuna dislokasiya olunması Afinada kəskin reaksiya və narahatlıqla qarşılanıb.

“Yeni Sabah” xəbər verir ki, Egey dənizi sahilinə yaxın strateji əraziyə reallaşdırılan bu köçürülmə Yunanıstan mətbuatında və hərbi dairələrində geniş əks-səda doğurub.

Yunanıstan mediası hərbi birləşmənin Egey sahili istiqamətinə gətirilməsini rəsmi Ankaranın Egey dənizindəki güc balansını öz xeyrinə dəyişmək və adalar istiqamətində əməliyyat imkanlarını artırmaq gedişi kimi qiymətləndirib. Afina tərəfi xüsusilə çətin relyefdə və xüsusi əməliyyatlarda zəngin təcrübəsi olan komando briqadasının sahil zonasına yerləşdirilməsini ciddi hərbi siqnal hesab edir. pizza hut

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью