Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı xoş xəbər | Icma.az
Icma.az, News24 portalına istinadən məlumat yayır. Avropa ilə Asiya arasında körpü rolunu gücləndirən Türkiyə Zəngəzur dəhlizinin açılması i
News24.az xəbər verir ki, bu barədə Hollandiya mərkəzli "Raben Group" şirkətinin baş direktoru Evald Raben açıqlama verib.
O bildirib ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Türkiyənin qlobal logistik sistemdəki rolunu dəyişəcək:“Dənizdən asılı nəqliyyatın mühüm hissəsi Türkiyə ərazisindən keçə bilər.
Çatdırılma müddəti və xərc üstünlükləri sabit qalarsa, Türkiyə Avropanı təchiz edən bir anbar mərkəzinə çevriləcək.
Bu halda anbar investisiyalarımızı daha da artıracağıq”.Hazırda 17 ölkədə 170 anbar və 13 min əməkdaşı ilə fəaliyyət göstərən “Raben Group” iyun ayında Türkiyədə fəaliyyətə başlayıb.
Şirkət 2 milyon kvadratmetrlik anbar sahəsinə malikdir və 2024-cü il üçün dövriyyəsi 2,2 milyard avroya çatıb.Raben qeyd edib ki, Türkiyə şirkətin uzunmüddətli strategiyasında əsas ölkələrdən biridir:“Türkiyə bizim üçün sadəcə tranzit nöqtəsi deyil, regional inkişaf mərkəzidir.
Demoqrafik quruluşu və iqtisadi dinamizmi ilə böyük potensiala malikdir.
Polşada qazandığımız uğuru eyni idarəetmə intizamı ilə Türkiyədə də təkrarlayacağıq".Şirkətin 2030 vizyonuna əsasən, Türkiyə prioritet bazar elan edilib.
Tam oxu
Xəbəri oxu