Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyəli aktrisa Çağla Boz yenidən saxlanılıb.
Axşam.az xəbər verir ki, aktrisa narkotiklə bağlı aparılan istintaq çərçivəsində tutulub. 5 nəfər barəsində saxlanılma qərarı verilsə də, onlardan Çağla Boz, həmçinin E.E. və Ü.D. adlı şübhəli istintaq çərçivəsində nəzarətə götürülüb. Şübhəlilərin yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı bir tapança, 334 ədəd patron və dəqiq ölçü tərəzisi aşkar edilərək götürülüb.
Digər iki şəxsin tutlması istiqamətində əməliyyat davam edir.
Həmçinin məlum olub ki, 3 gün öncə Çağla müğənni sevgilisi Sefo ilə münasibətlərini sonlandırıb.
Qeyd edək ki, Çağla bir müddət əvvəl də narkotikə görə saxlanılmış, test nəticələri müsbət çıxmışdı.